Menyu

Çin sədri ABŞ-yə səfər edəcək - YENİLƏNİB

Operativ Media
Çin sədri ABŞ-yə səfər edəcək  - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

“Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədən Rusiya-Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları və daha çox şeyləri müzakirə etdik. Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!”, – paylaşımda deyilir.

Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəri edəcək.

19:19

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

"Keçən ay biz Cənubi Koreyanın Pusan şəhərində uğurlu görüş keçirdik və bir çox məsələlər üzrə razılaşmalara nail olduq. Bu, Çin-ABŞ münasibətlərinin yaxşılaşdırılması üçün müsbət siqnal oldu. Ümumilikdə, ikitərəfli əlaqələr o vaxtdan etibarən sabit şəkildə müsbət istiqamətdə inkişaf edir və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul olunub," – agentlik Çin liderindən sitat gətirir.

Si Cinpin bu əlaqələrin inkişafında müsbət dinamikanın qorunacağına ümid etdiyini bildirib. O, bərabərlik, hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq ABŞ və Çin arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsini vacib saydığını vurğulayıb. Həmçinin Tayvanın Çinə qaytarılması məsələsində prinsipial mövqeyini açıqlayıb.

Tramp isə öz növbəsində Pusanda liderlərin görüşünü müsbət qiymətləndirib: "ÇXR sədri böyük liderdir. Si (Cinpin) ilə Pusandakı görüş çox xoş idi, mən ikitərəfli münasibətlər məsələsində onunla tam həmrəyəm. Amerika tərəfi Tayvan məsələsinin Çin üçün əhəmiyyətini anlayır".

İki ölkənin liderləri, həmçinin Rusiya-Ukrayna müharibəsinə toxunublar. Si Cinpin vurğulayıb ki, Çin böhranın sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. O, tərəflərin bütün fikir ayrılıqlarını aradan qaldıracağına, ən qısa zamanda ədalətli və davamlı sülh sazişinə nail olacağına ümid edir.

Əlaqəli Xəbərlər